NASA qədim kosmik aparatın ömrünü uzatmaq üçün yeni addım ATDI
NASA Voyager 2 avtomatik planetlərarası stansiyasının (AMS) elmi missiyasını davam etdirmək üçün tədbirlər həyata keçirib.
Redaktor.az xəbər verir ki, NASA-nın məlumatına görə, "Big Bang" adlandırılan əməliyyat çərçivəsində bəzi yüksək enerji sərf edən qurğular eyni vaxtda söndürülüb, onların yerinə daha az enerji tələb edən sistemlər işə salınıb.
Bildirilib ki, əsas məqsəd kosmik aparatın fəaliyyətini davam etdirməsi üçün kifayət qədər temperaturun qorunmasını təmin etmək olub.
NASA-nın hesablamalarına əsasən, həyata keçirilən enerji qənaəti Voyager 2-nin üç elmi cihazının ən azı daha bir il işləməsinə imkan verəcək. Agentliyin məlumatına görə, bu tədbir görülməsəydi, 2026-cı ilin sonunadək həmin cihazlardan birinin enerji təchizatını dayandırmaq lazım gələcəkdi.
NASA analoji əməliyyatı Voyager 1 avtomatik planetlərarası stansiyasında da həyata keçirməyi planlaşdırır.
Xədicə BAXIŞLI













