Gəlinlik dəbdən düşür? - 2026-cı ilin yeni TRENDİ
2026-cı ilin payızı üçün gəlinlik paltarlarına alternativ olaraq ağ şalvar-kostyumlar dəbə gəlir.
Redaktor.az xəbər verir ki, “Vogue” jurnalının redaktorları ağ kostyumları toy üçün dəbli və rahat seçim kimi təqdim ediblər.
Jurnalistlərin sözlərinə görə, ağ şalvar-kostyumlar artıq toy mərasimləri üçün məşhur seçimlərdən birinə çevrilib.
Bir sıra tanınmış moda brendləri də yeni kolleksiyalarında ağ kostyumların müxtəlif modellərinə yer veriblər.
Mütəxəssislər qeyd edirlər ki, ağ smokin əvvəllər əsasən qadın azadlığının simvolu kimi qəbul olunurdu. Son illərdə isə bu geyim toy modasında geniş yayılaraq gəlinlərin fərdi üslubunu ifadə etməsinin vasitəsinə çevrilib.
Aytəkin TOFİQQIZI













