Qadın yatdığı yerdə bəbir hücumuna məruz qaldı: Xəstəxanaya yerləşdirildi
Hindistanın Uttar Pradeş əyalətində bəbir evə girərək 60 yaşlı qadına hücum edib.
Redaktor.az bu barədə “The Times of India” qəzetinə istinadla xəbər verir.
Məlumata görə, qadın gecə saat 2 radələrində evində yatarkən bəbir içəri daxil olub və ona hücum edib. Qadının qışqırıqlarını eşidən qonşular köməyə gəlib. İnsanların səs-küyünü eşidən bəbir isə hadisə yerindən qaçıb.
Ağır yaralanan qadın xəstəxanaya aparılıb və müalicə alır.
Hadisədən sonra Meşə İdarəsinin əməkdaşları bəbirin tutulması üçün axtarışlara başlayıblar. Ərazidə yaşayan sakinlər kənd yaxınlığında vəhşi heyvanların tez-tez göründüyünü bildiriblər.
Rəsmilər insanların təhlükəsizliyini təmin etmək üçün ərazidə nəzarətin gücləndiriləcəyini açıqlayıblar.
Aytəkin TOFİQQIZI













