1970-ci illərin dəbi geri qayıtdı: Bandanalar yenidən dəbdədir
1970-ci illərdə məşhur olan bandanalar yenidən dəbə qayıdıb. Aksessuar bu yay sosial şəbəkələrdə və məşhurlar arasında geniş yayılıb.
Redaktor.az xəbər verir ki, “The Guardian”ın məlumatına görə, sosial mediada bandananı müxtəlif formalarda taxmağın yollarını göstərən videoların sayı artıb. İkinci əl məhsulların satıldığı "Depop" platformasında da bandanalara maraq yüksəlib. Son üç ayda bu aksessuarla bağlı axtarışlar 152 faiz artıb.
Bandanadan məşhurlar da istifadə edir. Son vaxtlar Dua Lipa, Zendaya və Priyanka Çopranın görüntülərində bu aksessuarı görmək mümkündür.
Moda mütəxəssisləri bandananın həm dəbli, həm də praktik olduğunu bildirirlər. Onu başda, boyunda və müxtəlif formalarda istifadə etmək mümkündür.
Beləliklə, bir vaxtlar köhnə dəb hesab olunan bandana 2026-cı ilin yayında yenidən moda həvəskarlarının diqqətini cəlb edib.
Aytəkin TOFİQQIZI













