80 illik evliliklərini belə qoruyublar: Özləri danışdı - FOTOLAR

 09:46 19.08.2026     426

Britaniyada yaşları 100 yaşdan yuxarı olan Rey və Vin But cütlüyü 80 illik evlilik yubileylərini qeyd edib.

Redaktor.az xəbər verir ki, bu barədə “Need To Know” məlumat yayıb.

102 yaşlı Rey və 101 yaşlı Vin uzun illərdir birlikdədir. Onların yubileyi münasibətilə yaşadıqları qocalar evində cütlüyün şərəfinə xüsusi salon açılıb.

Rey və Vin qızları, qocalar evinin sakinləri və əməkdaşlarının iştirakı ilə açılış lentini kəsiblər. Daha sonra qonaqlara cütlüyün toyunda hazırlanan tortdan təqdim olunub.

Vin uzunömürlü evliliklərinin sirrinin sevgi olduğunu deyib. Rey isə zarafatla “Mən sadəcə mənə deyilənləri edirəm” söyləyib.

Cütlük 1943-cü ildə məktublaşma yolu ilə tanış olub. Onlar müharibədən sonra ilk dəfə görüşüblər və 1946-cı ilin avqustunda evləniblər.

Rey və Vin uzun müddət opera klubunun üzvü olublar. Cütlüyün bir qızı və bir nəvəsi var. Onlar iki il əvvəl qocalar evinə köçüblər.

Aytəkin TOFİQQIZI

222
Vumart və Güvən reklamı Vumart Güvən