Payız depressiyasının qarşısını necə almaq olar? - AÇIQLAMA
Aktiv həyat tərzi, düzgün qidalanma, vitamin balansına diqqət və normal yuxu rejimi payız depressiyasının qarşısının alınmasına kömək edə bilər.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının akademiki Gennadi Onişşenko bildirib.
Onun sözlərinə görə, mövsümi depressiyadan qorunmaq üçün ilk növbədə fiziki aktivliyi qorumaq vacibdir.
“Fiziki fəaliyyətlə məşğul olmaq, normal qidalanmaq və vitaminlərə diqqət yetirmək lazımdır”, - deyə Onişşenko bildirib.
Akademik əlavə edib ki, yuxu rejiminin normallaşdırılması da insanın psixoloji vəziyyətinin qorunmasında mühüm rol oynayır.
Onun sözlərinə görə, mövsümi depressiyalara daha çox immun sistemi zəif olan və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər meyilli olur.
Mütəxəssisin sözlərinə görə, mövsümi depressiya təkcə payız və qış aylarında deyil, yayda da yarana bilər. Yay depressiyasına tez-tez isti havalar fonunda yuxu keyfiyyətinin pisləşməsi səbəb olur. Bu zaman orqanizm kifayət qədər dincələ bilmir, nəticədə emosiyaların tənzimlənməsi və enerji səviyyəsi mənfi təsirlənə bilər.
NURİYYƏ













