Payızın ən dəbli manikür rəngləri AÇIQLANDI
Payız mövsümündə manikürdə tünd və doymuş rənglər, qısa dırnaqlar və minimalist dizaynlar ön plana çıxacaq.
Redaktor.az “İzvestiya”ya istinadla xəbər verir ki, “Palçiki” salonlar şəbəkəsinin aparıcı təlimçisi və texnoloqu Yekaterina Muranova payız manikürünün əsas trendlərini açıqlayıb.
Ekspertin sözlərinə görə, yay aylarında populyar olan açıq və şəffaf rənglər payızda şokolad, gavalı, tünd yaşıl, qrafit, tünd qırmızı və şərab çalarları ilə əvəz olunacaq.
Bu mövsümdə qısa və yumşaq kvadrat formalı dırnaqların yenidən dəbə minəcəyi bildirilib. Badam formalı dırnaqlar da populyarlığını qoruyacaq.
Mütəxəssis parlaq, tək rəngli manikürlərə üstünlük verməyi, bəzəklərdən isə minimum istifadə etməyi tövsiyə edib. Onun fikrincə, çoxlu daşlar, naxışlar və müxtəlif bəzəklər manikürün görünüşünü daha ucuz göstərə bilər.
Payızda şəffaf çəhrayı, südlü və karamel tonları ilə yanaşı, şokolad və metal rəngli mikro-fransız manikürlərinin də dəbdə olacağı qeyd edilib.
Aytəkin TOFİQQIZI












