60 yaşlı qadının gənc görünməsinin SİRRİ

 09:07 21.08.2026     362

Böyük Britaniya sakini Devon Astrid Zegen-Holt 60 yaşında olmasına baxmayaraq, gənc görünüşü ilə diqqət çəkib.

Redaktor.az “Jam Press”ə istinadla xəbər verir ki, insanlar tez-tez onun 40 yaşında göründüyünü deyir, hətta bir dəfə onu qızı ilə bacı hesab ediblər.

Zegen-Holt gənc görünüşünün sirrini həyata olan münasibəti ilə əlaqələndirib. O bildirib ki, hər günü dəyərləndirməyə və aktiv yaşamağa çalışır.

Britaniyalı qadın həmçinin dəri qulluğuna xüsusi diqqət yetirdiyini deyib. O, müəyyən kosmetik vasitələrdən istifadə edir və yatmazdan əvvəl makiyajını mütləq təmizləyir.

60 yaşlı qadın hər gün təxminən 10 min addım atmağa çalışır. Qidalanmasına da diqqət edən Zegen-Holt müəyyən saatlarda yemək yeyir. Onun gündəlik menyusunda meyvə, yunan qatığı, bal, toyuq, salat və omlet yer alır.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən