80 illik evliliyin sirri: Cütlük açıqladı - Fotolar
ABŞ-də yaşayan 101 yaşlı Qordon və 96 yaşlı Eylin Baytli 80 illik evliliklərini qeyd ediblər.
Redaktor.az "WOOD"a istinadla xəbər verir ki, uzunömürlü cütlük möhkəm münasibətin sirrini açıqlayıb.
Onların sözlərinə görə, uzun və xoşbəxt evliliyin əsas şərtləri ünsiyyət, sədaqət, dürüstlük, inam və birlikdə vaxt keçirməkdir. Cütlük həmçinin bir-birinə güzəşt etməyin və bir-birini dəstəkləməyin vacibliyini vurğulayıb.
Qordon və Eylin bütün həyatları boyu bir komanda kimi yaşadıqlarını bildiriblər. Qordon işləyib, Eylin isə ev təsərrüfatına və uşaqların böyüdülməsinə diqqət yetirib. Hazırda isə onlar birlikdə quş yuvaları hazırlayırlar. Qordon yuvaları düzəldir, Eylin isə onları rəngləyir.
Eylin bildirib ki, evlilik 50/50 prinsipinə əsaslanmamalıdır. Onun sözlərinə görə, hər iki tərəf münasibətə 100 faiz töhfə verməlidir.
Cütlüyün sevgi hekayəsi İkinci Dünya müharibəsindən əvvəl başlayıb. Qordon orduda xidmət etdiyi vaxt Eylin ona hər gün məktublar yazıb.
Onlar 25 avqust 1946-cı ildə evləniblər. Cütlüyün beş oğlu, nəvələri və nəticələri var. Hazırda boş vaxtlarını kilsədə və gəzintilərdə keçirirlər.
Aytəkin TOFİQQIZI
















