İt yanğını hiss edib sahiblərini oyatdı - FOTOLAR

 14:35 31.08.2026     318

ABŞ-də Kali adlı it ildırım zamanı evdə başlayan yanğını hiss edərək sahiblərinin həyatını xilas edib.

Redaktor.az bu haqda "People"yə istinadla xəbər verir.

Güclü ildırım zamanı adətən qorxan Kali sahibinin yanına gəlib. Daha sonra qəfildən yataq otağından çıxaraq dəhlizə qaçıb və qadını qaraja tərəf aparıb.

İtin davranışından şübhələnən Riannon Bamberq onun ardınca gedib. Qarajın yandığını görən qadın dərhal sevgilisi Reksi oyadıb. Reks avtomobilləri yanğından uzaqlaşdırmağa çalışsa da, artıq gec olub.

Hadisə zamanı qonşular da ildırım və tüstünü görərək kömək üçün yanğınsöndürən oğlanı oyadıblar. O, 911-ə zəng edib.

Nəticədə Kali və sahibləri xəsarət almayıb. Lakin cütlüyün cəmi səkkiz ay əvvəl aldığı ev tamamilə yanıb. Bu, onların ilk evi olub.

Hadisədən xəbər tutan qonşular ailəyə paltar, ayaqqabı və digər zəruri əşyalarla kömək edib. Kali üçün isə oyuncaqlar və şirniyyatlar gətiriblər.

Hazırda Rhiannon və Reks dostlarının evində qalırlar. Qadın bildirib ki, evlərini itirsələr də, sağ qaldıqları və Kali yanlarında olduğu üçün minnətdardırlar.

Aytəkin TOFİQQIZI

2222
Vumart və Güvən reklamı Vumart Güvən