Ən yaxşı hotellərin yerləşdiyi ölkələr müəyyənləşdi - SORĞU

 13:03 17.09.2026     119

Ən yaxşı hotellərin yerləşdiyi ölkələr açıqlanıb.

Redaktor.az xəbər verir ki, “Kupibilet” xidmətinin analitikləri ən yaxşı hotellərə malik ölkələri müəyyənləşdirib. Araşdırma zamanı həmçinin hotel seçimində əsas meyarlar da açıqlanıb.

Reytinqdə Türkiyə 31 faiz səslə birinci yerdə qərarlaşıb.

İkinci yerdə 17 faiz səslə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) qərarlaşıb. Eyni sayda respondent yerli hotellərə səs verib.

İlk beşliyə 16 faizlə Misir, 8 faizlə isə Tayland daxil olub.

Respondentlərin 34 faizi oteldə yaxşı xidmətin əsas göstəricisinin mehriban işçi heyəti olduğunu bildirib. 32 faiz otaqların təmizliyi və rahatlığını, 25 faiz isə münasib qiymətə “hər şey daxil” paketini vacib hesab edib.

Respondentlərin 22 faizi hoteldə idman və əyləncə proqramlarının olmasını keyfiyyət göstəricisi kimi qiymətləndirib. 16 faiz hotelin və otaqların dəbdəbəli atmosferinə üstünlük verdiyini bildirib.

Sorğuda iştirak edənlərin 12 faizi üçün isə hotelin görünüşü əsas amil olmayıb. Onlar hotelin yerləşdiyi ərazinin təbii gözəlliyinə daha çox diqqət yetirdiklərini qeyd ediblər.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən