80-ci illərin dəbi yenidən gündəmdə

 15:53 21.09.2026     103

1980-ci illərdə məşhur olan naxışlı şalvarlar 2026-cı ilin payızında yenidən dəbə qayıdıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Vogue” jurnalı məlumat yayıb.

Söhbət vaxtilə amerikalı müğənni Madonna və digər məşhurlar tərəfindən populyarlaşdırılan naxışlı şalvarlardan gedir.

Qeyd olunur ki, bu geyim Vaquera və Yuhan Wang kimi brendlərin podium nümayişlərindən sonra yenidən populyarlıq qazanıb. Naxışlı şalvarlar artıq gündəlik küçə tərzinə də daxil edilir.

Mütəxəssislərin fikrincə, bu geyim müxtəlif üslublarla asanlıqla uyğunlaşdırıla bilər.

Məsələn, qara naxışlı şalvarı naxışlı don və buddan yuxarı çəkmələrlə birləşdirməklə daha zərif görünüş yaratmaq mümkündür.

Ağ naxışlı kapri şalvarı isə böyük ölçülü sviter, geniş gödəkçə və qalın çəkmələrlə kombin etmək gündəlik üslub üçün uyğun hesab olunur.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən