Ayı balaları bu bacarığı analarından öyrənir - Maraqlı fakt

 09:14 24.09.2026     112

Qəhvəyi ayıların zəka və öyrənmə qabiliyyətləri ilə bağlı maraqlı faktlar açıqlanıb.

Redaktor.az xəbər verir ki, bioloqların fikrincə, ayıların idrak qabiliyyətləri yüksək səviyyədədir və onlar qeyri-adi problemlərin həlli yollarını öyrənə bilirlər.

Mütəxəssis Dmitri Kropaçev bildirib ki, ayılar konkret bir obyekti deyil, hərəkətin prinsipini yadda saxlayırlar. Məsələn, bir ayı zibil qabının qapağını açmağı öyrənərsə, sonradan bu bacarığı başqa obyektlərə də tətbiq edə bilər.

Ayıların bu xüsusiyyətinin dəyişən qida mənbələrinə uyğunlaşma ehtiyacı ilə əlaqəli olduğu bildirilir. Giləmeyvə, qoz-fındıq və digər qida mənbələrinin mövsümə görə dəyişməsi onları yeni qida tapmaq yolları öyrənməyə vadar edir.

Bundan başqa, ayı balalarının bir sıra davranışları analarından öyrəndiyi qeyd olunur. Beləliklə, qida əldə etmə üsulları bir nəsildən digərinə ötürülə bilir.

Mütəxəssislər bildirirlər ki, insanların məskunlaşdığı ərazilərdə və turist düşərgələrində qida tullantılarının açıq şəkildə saxlanılması ayıların həmin ərazilərə yenidən gəlməsinə səbəb ola bilər.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən