Qeyri-adi hadisə: Ayı gəmiyə minib dənizə atıldı

 08:25 25.09.2026     99

Yaponiyanın Şioqama limanında qeyri-adi hadisə baş verib. Ayı balıqçı gəmisinə daxil olaraq bir neçə saat gəminin burnunda qalıb, daha sonra dənizə atılaraq ərazidən uzaqlaşıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Sora News" məlumat yayıb.

Hadisə sentyabrın 19-da yerli vaxtla saat 20:30 radələrində baş verib. Təxminən bir metr uzunluğunda olan ayı balıqçı gəmisinə keçiddən daxil olaraq gəminin burnunda uzanıb.

Həmin vaxt gəmidə olan üç heyət üzvü kabinəyə sığınaraq təhlükədən yayınıb. Onlardan heç biri xəsarət almayıb.

Ayı gəmidə təxminən dörd saat qalıb. Sentyabrın 20-də saat 01:00-dan bir qədər sonra heyvan oyanaraq dənizə atılıb və üzərək ərazidən uzaqlaşıb.

Hadisə yerinə gələn polis körpünü mühasirəyə alıb. Şəhər rəsmiləri və ovçular da əraziyə cəlb olunub. Onlar ayını bir neçə saat müşahidə edərək lazım gəldiyi halda sakitləşdirici maddə və ya silahdan istifadə etməyə hazırlaşıblar. Lakin buna ehtiyac yaranmayıb.

Daha sonra ayı limandan təxminən bir kilometr şimal-şərqdə, sahil ərazisindəki kolluqlarda görülüb.

Yerli hakimiyyət orqanları hesab edir ki, sözügedən heyvan sentyabrın 18-dən etibarən liman ərazisində müşahidə edilən eyni ayıdır.

Ayının tapılması üçün axtarışlar davam etdirilir.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən