Keçmiş sevgililər, pul və qısqanclıq: Bu həftə 12 bürcü nələr gözləyir?

 11:44 28.09.2026     119

Astroloq Hande Kazanova 28 sentyabr – 4 oktyabr həftəsində göy cisimlərinin hərəkətlərinin 12 bürcə təsirini dəyərləndirib. Onun sözlərinə görə, bu həftə münasibətlər, maliyyə, güvən və şəxsi sərhədlər ön plana çıxacaq. Xüsusilə 3 oktyabrda Veneranın Əqrəb bürcündə retro hərəkətə başlaması keçmiş münasibətləri və yarımçıq qalan məsələləri yenidən gündəmə gətirə bilər.

Redaktor.az bu barədə "HaberGlobal"a istinadla xəbər verir.

Astroloqun fikrincə, bu dövrdə insan özünə “Mən nə istəyirəm, nəyə dəyər verirəm və artıq həyatımda nəyi daşımaq istəmirəm?” suallarını verə bilər. Münasibətlər, pul, güvən və şəxsi sərhədlərlə bağlı məsələlər daha çox diqqət çəkəcək.

Bəs 27 sentyabr – 4 oktyabr həftəsində 12 bürcü konkret olaraq nələr gözləyir?

Qoç

Həftəyə şəxsi istəklərinizə və qarşıdakı planlarınıza fokuslanaraq başlayırsınız. İlk günlərdə xüsusilə maliyyə məsələləri gündəmdə ola bilər. Günəşlə Uran arasındakı müsbət aspekt ortaq işlərdə və yaxın çevrənizlə münasibətlərdə gözlənilməz dəstək gətirə bilər.

Marsın Şir bürcünə keçməsi sevgi, uşaqlar, hobbilər və yaradıcı fəaliyyətlər üçün enerjinizi artıracaq. Veneranın maliyyə sahənizdə retro hərəkəti isə alacaq-verecek, kredit, borc və ödənişlərdə daha diqqətli olmağı tələb edir. Sosial çevrənizlə şəxsi həyatınız arasında sıxıldığınızı hiss etsəniz, sizi yoran insanlardan bir qədər uzaqlaşmaq faydalı ola bilər.

Buğa

Həftəyə bir qədər həvəssiz başlaya bilərsiniz. Lakin çərşənbə axşamı və çərşənbə günləri toparlanmaq üçün daha əlverişli olacaq. İş həyatında gözlədiyiniz bəzi nəticələrin qarşısını aça biləcək inkişaflar yaşana bilər.

Marsın Şir bürcünə keçməsi ev və ailə məsələlərini hərəkətə gətirəcək. Evdə təmir, dəyişiklik, köç və ya ailə ilə bağlı yeni gündəm yarana bilər. Veneranın münasibətlər sahənizdə retro hərəkəti keçmiş problemləri, deyilməmiş sözləri və keçmişdən gələn insanları yenidən qarşınıza çıxara bilər. Bu dövrdə münasibətləri məcbur etməkdənsə, əslində hansı məsələlərin həll olunmalı olduğunu anlamağa çalışmaq daha faydalı ola bilər.

Əkizlər

Sosial çevrənizdən gələcək xəbərlərlə hərəkətli həftəyə başlayırsınız. Bəzi dostluqlar və ya daxil olduğunuz qruplarla bağlı həqiqətlər daha aydın görünə bilər.

Marsın Şir bürcünə keçməsi ünsiyyəti sürətləndirəcək. Bacı-qardaşlar, yaxın çevrə, təhsil və ticarətlə bağlı məsələlər daha çox vaxtınızı ala bilər. Veneranın iş və sağlamlıq sahənizdə retro hərəkəti iş münasibətlərində keçmişdən qalan məsələləri yenidən gündəmə gətirə bilər. Yeni işə başlamaqdansa, mövcud vəziyyətdə nələrin dəyişməli olduğunu nəzərdən keçirmək daha məqsədəuyğun ola bilər.

Xərçəng

İş və karyera sahəsində bəzi reallıqlarla üzləşdiyiniz dövrdən sonra həftəyə məsuliyyətlərinizi daha aydın görərək başlayırsınız. Marsın Şir bürcünə keçməsi maliyyə məsələlərini sürətləndirəcək. Gəlirlərinizi artırmaq üçün daha çox mübarizə aparmaq istəyə bilərsiniz.

Veneranın sevgi sahənizdə retro hərəkəti keçmiş hissləri, tamamlanmamış münasibətləri və uşaqlarla bağlı bəzi məsələləri yenidən gündəmə gətirə bilər. Basdırdığınız hisslərin üzə çıxması münasibətlərdə nə istədiyinizi anlamağınıza kömək edə bilər. Ortaq maliyyə, borclar və investisiyalarla bağlı isə tələsik qərarlardan uzaq durmaq məsləhətdir.

Şir

Uzaqdan gələcək xəbərlər, səfərlər, ticarət və karyera ilə bağlı məsələlər həftənin əsas mövzuları arasında olacaq. Marsın bürcünüzə keçməsi ilə həyat tempiniz əhəmiyyətli dərəcədə yüksələcək. Özünüzü daha cəsarətli və hərəkətə hazır hiss edə bilərsiniz.

Lakin bu güclü enerji şəxsi həyatda gərginliyə də səbəb ola bilər. Xüsusilə həftənin ortasında mübahisələri böyütməməyə çalışmaq lazımdır. Veneranın ev və ailə sahənizdə retro hərəkəti keçmiş ailə məsələlərini və evlə bağlı təxirə salınmış problemləri yenidən gündəmə gətirə bilər. Ev almaq və ya kirayə götürmək kimi böyük qərarlardansa, mövcud vəziyyəti nəzərdən keçirmək daha uyğun görünür.

Qız

Pul və ödənişlərlə bağlı məsuliyyətlərin ön plana çıxdığı həftə başlayır. Xüsusilə gəlir və xərclər arasındakı balansı daha yaxından izləmək lazım gələ bilər.

Marsın Şir bürcünə keçməsi yaxın çevrə və maliyyə məsələlərində mübarizəni artıracaq. Xaricdəki əlaqələrlə bağlı işlər də sürətlənə bilər. Merkurinin Əqrəb bürcünə keçməsi ünsiyyət, ticarət, təhsil və nəqliyyat sahələrində hərəkətlilik yaradacaq. Veneranın ünsiyyət sahənizdə retro hərəkəti isə yanlış anlaşılmaları, keçmiş söhbətləri və əvvəlki əlaqələri yenidən gündəmə gətirə bilər.

Tərəzi

Münasibətlərdə bəzi həqiqətlərlə üzləşdiyiniz dövrdən sonra bu həftə sosial həyatınız canlana bilər. Marsın Şir bürcünə keçməsi dəvətlər, tədbirlər və dostluq münasibətlərində daha çox görünməyinizə səbəb ola bilər.

Merkurinin maliyyə sahənizə keçməsi gəlir və xərclər barədə daha çox düşünməyinizə səbəb olacaq. Veneranın eyni sahədə retro hərəkəti isə pul və şəxsi dəyər hissi arasındakı əlaqəni sorğulamağınıza gətirib çıxara bilər. Borc, kredit və ortaq pul məsələlərində tələsik davranmamaq tövsiyə edilir.

Əqrəb

Həftəyə iş və sağlamlıq məsələlərini daha çox düşünərək başlayırsınız. İş rejiminizdə nələrin dəyişməli olduğunu daha aydın görə bilərsiniz.

Marsın Şir bürcünə keçməsi karyera sahənizi hərəkətə gətirəcək. İş həyatında daha çox görünmək və özünüzü göstərmək üçün güclü motivasiya yarana bilər. Lakin ev və ailədəki gərginliyin iş həyatınıza təsir etməsinə imkan verməmək vacibdir.

Veneranın bürcünüzdə retro hərəkəti isə münasibətlərdən əvvəl özünüzlə olan əlaqənizi sorğulamağınıza səbəb ola bilər. Öz dəyəriniz, görünüşünüz və keçmiş münasibətlərinizlə bağlı bəzi məsələlər yenidən qarşınıza çıxa bilər. Keçmişdə həyatınızda olan bir şəxsdən gələcək üzr və ya yarımçıq qalmış məsələ keçmişə başqa cür baxmağınıza səbəb ola bilər.

Oxatan

Sevgi həyatı və uşaqlarla bağlı məsələlərin ön plana çıxdığı həftəyə girirsiniz. Şəxsi həyatınızla bağlı bəzi qərarları daha aydın görə bilərsiniz.

Marsın Şir bürcünə keçməsi səfərlər, təhsil, ticarət və xariclə əlaqəli işlərə sürət qazandıracaq. Daha fərqli insanlarla bir araya gəlmək istəyə bilərsiniz. Veneranın retro hərəkəti isə keçmiş münasibətləri və tamamlanmamış hissləri yenidən gündəmə gətirə bilər.

Keçmişdə qalan bir məsələ ilə bağlı həqiqətləri anlamaq, bağışlamaq və ya mövzunu tamamilə bağlamaq mümkün ola bilər. Bununla belə, böyük addımları sürətləndirməkdənsə, hadisələrin təbii axarına buraxılması daha uyğun ola bilər.

Oğlaq

Həftəyə ev, ailə və yuva məsələlərinə daha çox əhəmiyyət verərək başlayırsınız. Yaxınlarınızın dəstəyini daha çox hiss edə bilərsiniz.

Marsın Şir bürcünə keçməsi ortaq pul, borc və ödəniş məsələlərini sürətləndirəcək. Maliyyə qərarlarında daha diqqətli olmaq lazım gələcək. Veneranın gəlir və sosial çevrə sahələrində retro hərəkəti dostluqlarla pul arasındakı sərhədləri yenidən düşünməyinizə səbəb ola bilər.

Keçmişdən gələn bir dostla yenidən görüşmək mümkün olsa da, yeni münasibətlərdə maddi məsələlərin ön plana çıxmasına imkan verməmək vacibdir. Karyerada isə göstərdiyiniz zəhmətin qarşılığını almaq üçün güclü motivasiya hiss edə bilərsiniz.

Dolça

Yaxın çevrənizdən gələcək xəbərlərlə başlayan həftə daha sonra sizi ev və ailə məsələlərinə yönəldə bilər. Marsın Şir bürcünə keçməsi münasibətlər və tərəfdaşlıqlarda hərəkətlilik yaradacaq.

Birlikdə işlədiyiniz və ya həyatınızı paylaşdığınız insanlarla daha çox mübarizə və hərəkət içində ola bilərsiniz. Bu enerji bəzən “mənim dediyim olsun” düşüncəsinə çevrilə bilər. Buna görə qarşı tərəfə də öz fikirlərini ifadə etmək üçün imkan vermək vacibdir.

Veneranın karyera sahənizdə retro hərəkəti keçmiş iş əlaqələrini və əvvəlki peşə məsələlərini yenidən gündəmə gətirə bilər. İş həyatında özünüzü düzgün ifadə etməyə və xüsusilə diqqət mərkəzində olduğunuz zaman sözlərinizi daha diqqətlə seçməyə çalışın.

Balıq

Maliyyə məsələləri ilə bağlı bəzi reallıqları gördüyünüz dövrdən sonra həftəyə sürətli ünsiyyət trafiki ilə başlayırsınız. Marsın Şir bürcünə keçməsi iş və çalışma rejiminizi hərəkətləndirəcək.

Birlikdə işlədiyiniz insanlarla fikir ayrılıqları yaşansa da, özünüzü göstərmək üçün daha çox imkan əldə edə bilərsiniz. Merkurinin Əqrəb bürcünə keçməsi səfərlər, təhsil, ticarət və xariclə əlaqəli işləri ön plana çıxaracaq.

Veneranın bu sahələrdə retro hərəkəti isə keçmişdə yarımçıq qalan təhsil, köhnə iş əlaqələri və tamamlanmamış hüquqi məsələləri yenidən gündəmə gətirə bilər. Yeni başlanğıcı məcbur etmək əvəzinə, keçmişdən qalan bir işi tamamlamak bu dövrün imkanlarından daha yaxşı yararlanmağa kömək edə bilər.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən