Yarpaqları bağdan təmizləməyə tələsməyin – Bitkilər üçün faydalıdır
Payızda tökülən yarpaqlar bitkilərin köklərini şaxtadan qorumaq və torpaqda nəmi saxlamaq üçün təbii vasitə kimi istifadə oluna bilər.
Redaktor.az xəbər verir ki, bu haqda xarici mediaya bağban danışıb.
Onun sözlərinə görə, sağlam yarpaqlar temperatur dəyişikliklərindən bitkilərin köklərini qoruyur və torpaqda nəmi saxlayır. Bunun üçün bitkinin ətrafına təxminən 10 santimetr qalınlığında yarpaq təbəqəsi sərmək lazımdır.
Ekspert qeyd edib ki, qazonda isə yarpaqlar daha az olmalıdır. Əks halda ot örtüyü çürüyə bilər.
O, yarpaqları sərməzdən əvvəl onların diqqətlə yoxlanılmasını tövsiyə edib. Xəstəlik və zərərverici əlamətləri olan yarpaqlar atılmalıdır.
Qeyd edək ki, daha əvvəl bağ sahiblərinə çürümüş meyvələri ərazidə saxlamamaq tövsiyə olunub. Ekspertlərin fikrincə, belə meyvələr zərərvericilərin yayılma mənbəyinə çevrilə bilər.
Xədicə BAXIŞLI













