34 milyon il əvvəl yaşamış 30 kiloqramlıq gəmiricinin izləri AŞKARLANDI

 23:39 11.11.2026     38

Taylandın ərazisində təxminən 34 milyon il əvvəl yaşamış nəhəng gəmiricinin fosil qalıqları aşkar edilib. Alimlərinhesablamalarına görə, Yakamys sirindhornae adlı bu heyvanın çəkisi təxminən 30 kiloqram olub.

Redaktor.az xəbər verir ki, bu barədə beynəlxalq paleontoloqlar qrupunun "Scientific Reports" jurnalında dərc olunan araşdırmasında məlumat verilib.Tədqiqatda MakGill Universitetinin alimləri də iştirak ediblər.

Araşdırmanın əsasını Taylandın cənubunda yerləşən Krabi kömür hövzəsində tapılmış aşağı azı dişi təşkil edib. Eynigeoloji təbəqədə aşkar edilən iri aşağı kəsici dişin də həmin növə aid olduğu ehtimal edilir.

Dişlərin quruluşu və mina qatının mikroskopik xüsusiyyətləri alimlərə bu heyvanı gəmiricilərin qədim qollarından biriolan Ischyromyidae fəsiləsinə aid etməyə imkan verib.

Alimlər heyvanın bədən çəkisini müəyyənləşdirmək üçün diş ölçüləri ilə bədən kütləsi arasındakı əlaqəyə əsaslanan yeddifərqli hesablama metodundan istifadə ediblər. Nəticələr 21,4–47,3 kiloqram arasında dəyişib. Tədqiqatçılarümumiləşdirilmiş qiymətləndirmə kimi təxminən 30 kiloqram göstəricisini qəbul ediblər.

Mütəxəssislərin sözlərinə görə, bu tapıntı nəhəng gəmiricilərin yalnız sonrakı dövrlərdə Cənubi Amerikada meydanaçıxmadığını göstərir. Belə iri heyvanlar artıq eosen dövründə Cənub-Şərqi Asiyada da yaşayıb.

Bununla belə, alimlər bildirirlər ki, cəmi iki diş əsasında heyvanın xarici görünüşünü, həyat tərzini və qohumluqəlaqələrini dəqiq müəyyənləşdirmək mümkün deyil. Fosillərin göl çöküntülərində tapılması da onun yarımsu həyat tərzikeçirdiyini sübut etmir.

Yeni növün adı tay dilindəki “nəhəng” sözü ilə yunanca “siçan” və ya “siçovul” mənasını verən sözün birləşməsindənyaranıb. Növün ikinci adı isə Taylandda elm və paleontologiyanın inkişafına dəstək göstərən şahzadə Maha ÇakriSirindhornun şərəfinə verilib.

NURİYYƏ

 

Vumart və Güvən reklamı Vumart Güvən