Ətrafında çoxlu dostu olan insanlar niyə özlərini tənha hiss edirlər?
"İnsanlar arasında tənhalığın başlıca səbəblərindən biri ətrafdakılara yalnız özlərinin qüsursuz tərəflərini, cəmiyyətin görmək istədiyi obrazı təqdim etmək vərdişidir".
Redaktor.az xəbər verir ki, bunu rusiyalı psixologiya professoru Stoyana Natseva Lenta.ru-ya açıqlamasında deyib.
O, geniş dost çevrəsinə malik insanların belə tənhalıq hissi yaşamasının əsas səbəblərini açıqlayıb.
"İnsanın geniş dost çevrəsi ola, o, komandanın mərkəzində yer ala və davamlı olaraq müxtəlif tədbirlərdə iştirak edə bilər. Lakin daxilində nələrin baş verdiyini heç kimlə bölüşməyə bilər. Belə davranış insanın öz daxili narahatlıqları və problemləri ilə tək qalmasına səbəb olur", - deyə psixoloq vurğulayıb.
Natseva bildirib ki, qorxularını, kədərini, ehtiyaclarını və ya dəstək istədiyini ətrafdakılardan gizlədən, daim şən, bacarıqlı və güclü görünməyə çalışan insan emosional yaxınlığın yaranmasına mane olur. Nəticədə o, özü də həqiqi emosional bağlılıqdan məhrum qalır.
Professorun sözlərinə görə, belə hallarda insanın həyatında əsl dostluq və tərəfdaşlıq əvəzinə, iş və gündəlik hadisələr barədə səthi söhbətlərdən ibarət ünsiyyət qalır. Onu həqiqətən narahat edən daxili problemlər isə müzakirə olunmur.













