Səyahətə çıxanlar üçün vacib MƏLUMATLAR

 20:37 05.04.2019     594

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Redaktor.az-a  verilən məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edənləri yağışlı hava şəraiti gözləyir.
 
Havanın temperaturu dağətəyi rayonlarda 10-15, dağlıq rayonlarda 3-6 dərəcə isti təşkil edəcək.
Lənkəran-Atara bölgəsində yağışlı hava şəraiti müşahidə olunacaq. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 11-16 dərəcə isti təşkil edəcək.
 
Aran rayonlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Aprelin 07-də hava əsasən yağmursuz keçəcək. Havanın maksimal temperaturu 13-18 dərəcə isti təşkil edəcək.
Naxçıvan MR-da bəzi yerlərdə yağış yağacağı, aprelin 07-də isə gündüz saatlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
 
Havanın maksimal temperaturu 12-17 dərəcə isti təşkil edəcək.
Paytaxt qonaqlarının nəzərinə çatdırırıq ki, buludlu hava şəraiti üstünlük təşkil edəcək.
 
Bəzi yerlərdə yağış yağacağı, aprelin 07-də isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Arabir güclənən şimal-qərb küləyi əsəcək.
 
Havanın maksimal temperaturu 12-14 dərəcə isti təşkil edəcək.