Çinli qadın 54 ilə saçını 5 metr uzatdı

 17:37 07.04.2019     708

Çinin Sıçuan vilayətinin sakini, 77 yaşlı Ake İçjen öz saçı ilə fəxr edə bilər. Qadının saçının uzunluğu 5.5 metrdir və “Ginnesin rekordlar kitabı”na əsasən, dünyanın ən uzun saçı sayılır.

Redaktor.az xəbər verir ki, “Oddity Cen” nəşrinin xəbərinə əsasən, İçjen 23 yaşından saçını kəsdirmir. O, bu dövrdə uzun saçın uğurlu həyata və sağlamlığa təsir etdiyini düşündüyü üçün bu addımı atıb.
Amma bu gün yaşlı qadın etiraf edir ki, saçını daşımaqdan artıq yorulur və uzun saçları ona çox narahatçılıq yaradır. Qadın saçını həftədə iki dəfə peşəkar saç ustalarının yardımı ilə yuyur. Prosedur isə ən azı 3 saat vaxt aparır.(ölkə)