ABŞ-da nəhəng piton tutdular

 04:26 09.04.2019     562

ABŞ-ın Florida ştatının "Big Cуpress National Preserve" qoruğunun nümayəndələri qoruq sahəsində nəhəng dişi Birma pitonu tutublar.

Redaktor.az  xəbər verir ki, çəkisi 63,5 kiloqrama bərabər olan heyvanın uzunluğu 5,1 metrdir ki, bu da ABŞ-da indiyədək aşkar edilən rekord uzunluqda pitondur.
 
Həmçinin pitonun daxilində inkişaf edən 73 yumurta olduğu aşkarlanıb. 
 
Alimlər bu üsulla onları yumurta qoyacaq dişi pitonların yanına gətirə bilən erkəkləri izləyiblər. İndi tutulan dişi piton da bu yolla aşkar edilib.
 
Tutulan dişi pitonu qoruğun ərazisindən uzaqlaşdırıblar, onun gələcək taleyi barədə məlumat verilmir.