Şübhəlinin çantasında axtarış aparan polis ŞOKA DÜŞDÜ FOTO

 14:40 09.04.2019     1594

Nigeriya polisi dəhşətli cinayətin üstünü açıb.

Redaktor.az xarici KİV-lərə istinadən məlumat verir ki, Ekiti əyalətinin sakinləri cinayətkar dəstədən aldıqları təhdid məktublarından sonra polisə müraciət edib. Nəzarət məntəqəsi quran təhlükəsizlik əməkdaşları, əraziyə daxil olan şübhəliləri yoxlayarkən dəhşətli hadisə ilə üzləşib.

23 yaşlı şübhəlinin çantasına baxış zamanı qurudulmuş insan əllərinə rast gəlinib. Şübhəli insan qalıqlarını məzarlıqda tapdığını və ayinlərdə istifadə etmək niyyətində olduğunu irəli sürüb. Hadisə ilə bağlı araşdırmalar davam edir.

Anar Türkeş / Redaktor.az