Bu ölkədəki göydələnlər ildə 600 milyon quşun ÖLÜMÜNƏ SƏBƏB OLUR

 15:45 09.04.2019     569

ABŞ-da hündür mərtəbəli binalar il ərzində təqribən 600 milyon quşun ölümünə səbəb olur.

Redaktor.az “Frontiers in Ecology and the Environment” nəşrində yayımlanan araşdırmaya istinadən xəbər verir ki, göydələnlərə quraşdırılmış işıqlar səbəbiylə quşlar istiqamətini itirərək, tikililərə çırpılır. Onların bəziləri xəsarət alaraq xilas olsa da, əksəriyyəti tələf olur. Bu əsasən quşların köçü zamanı baş verir.

Qeyd edək ki, yerli mütəxəssislər köç mövsümündə binaların işıqlarının söndürülməsini təklif edib. Elm adamları hesab edir ki, quşlar əsasən qaranlıq vaxtda uçur, binaların işıqları isə onları özünə cəlb edir.

Anar Türkeş / Redaktor.az