Bu kənddə yaşayan hər 4 sakindən 1-i HƏKİMDİR

 16:57 09.04.2019     645

Türkiyənin Qolluca kəndi maraqlı xüsusiyyəti ilə diqqət çəkir. Burada yaşayan hər 4 sakindən 1-i həkimdir.

Redaktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sivas vilayətində yerləşən kəndin 300 sakini var. 1970-ci ildən bəri qəsəbənin demək olar bütün gəncləri tibb fakültəsinə maraq göstərir. Hazırda kənddə 90 həkim var.

Gənclər bildirib ki, qəsəbə vilayətin mərkəzinə yaxın yerləşdiyindən onlar iş tapmaqda çətinlik çəkmir.

Anar Türkeş / Redaktor.az