5 günə 3 kiloqram arıqladan PƏHRİZ

 07:00 10.04.2019     1256

Faydaları saymaqla bitməyən limon çəki atmaqda olduqca təsirli bir qidadır.

Redaktor.az xəbər verir ki, metabolizmi sürətləndirərək  bədəninizdəki yağları yandırmağa köməkçi olan limon, güclü bir antioksidant qaynağıdır.

Bu xüsusiyyəti sayəsində sağlamlığınızı gücləndirərək, sizi zərərli bakteriyalardan qoruyur. Qəbizliyin qarşısını alan və bağırsaqları işlədən bir xüsusiyyətə malik olan limon sürətli bir şəkildə çəki atmağınıza kömək olacaq.

Hətta güclü bir sidikqovucu olan limon sayəsində bədəninizdəki gərginlikdən xilas olmağınız da bu pəhriz ilə mümkündür.

Yay ayları yaxınlaşdıqca qısa müddətdə çəki atmaq istəyənlər üçün limon pəhrizi olduqca idealdır.

Bol miqdarda C vitamini ehtiva edən limon; kalsium, kalium mineralları baxımından da olduqca zəngindir. Limon pəhrizi, digər pəhrizlərdən ayıran bu xüsusiyyəti da var. Bu pəhrizi edərkən özünüzü daha fəal və sağlam hiss edəcəksiniz.

Limon pəhrizi nədir?

Limon pəhriziylə 5 günə 3 kilo çəki ata bilərsiniz. Bədəninizi yeniləməyə köməkçi olan bu pəhriz əsasən limon şirəsindən ibarətdir.

İstifadə edəcəyiniz limon suyu toksinlərdən xilas olmağa və çəki atmağa kömək edəcək. Üstəlik limonun qabığını rəndələyərək bir miqdar balla qarışdırıb, bədəninizə peeling də edə bilərsiniz.

Limon pəhrizi necə edilir?

5 gündə 3 kilo arıqladan limon pəhrizi üçün sizə bir günlük qidalanma siyahısı hazırladıq. Gündəlik qida qəbulunda normadan artıq qidalanmağa nəzarət edilməlidir.

Yeyəcəyiniz tərəvəz və ya ət yeməyini damaq dadına görə seçə bilərsiniz.

Bu pəhrizdə əhəmiyyətli olan ac qalmadan çəki atmağınızdır. Pəhrizi tətbiq edərkən yağ, şəkər, duz və xəmir kimi qidalardan uzaq durmalısınız.

İçəcəyiniz limon suyuna və limonadınıza dad verməsi üçün bir çay qaşığı bal əlavə edə bilərsiniz. Ancaq bunu gün ərzində bir dəfə etməyiniz tövsiyə edilir.

Sərinləşdirici bir təsir və dad verməsi balın əvəzinə nanə yarpaqları əlavə edə bilərsiniz.

1 günlük limon pəhrizinin qidalanma siyahısı:

-Səhər yeməyindən əvvəl 1 stəkan ilıq suya yarım limonın suyu sıxılaraq içmək

- Səhər yeməyində 1 dilim tam buğda çörəyi, 1 ədəd suda qaynadılmış yumurta, göyərti,  4-5 ədəd zeytun

-Ara saatlarda 1 stəkan limonad

-Nahar üçün 1 kasa yağsız qatıq, 5-7 ədəd qoz və ya fındıq

-Naharla şam yeməyi arası saatlarda   1 stəkan ilıq suya yarım limonın suyu sıxılaraq içmək

 -Şam yeməyində 1 porsiyon qırmızı ət( toyuq əti, balıq əti), zeytunyağlı salat

 -Yatmazdan bir saat əvvəl: 1 stəkan ilıq suya yarım limonın suyu sıxılaraq içmək

VACİB QEYD:

Həddindən artıq limon istifadə etmək orqanizminizdə allergik bir təsir yarada bilər.

Qeyd olunanlarda kənara çıxmamağınız pəhriziniz üçün əhəmiyyətlidir. Təzyiq və şəkər xəstəsi olan insanlar limon pəhrizinə başlamazdan əvvəl mütləq həkimiylə məsləhətləşməlidir.

Pəhriz boyu hər gün yarım saat gəzmək,  2 litr su içmək çəki atmağınızı  sürətləndirmək üçün tövsiyə edilir. İnsanların metabolizm sürətinin müxtəlif olduğundan çəki atmaqda fərqliliklərin olması normaldır.

Redaktor.az