Burada qadınlar hamilə qalmaq üçün belə edirlər

 02:22 10.04.2019     544

Dünyanın fərqli bölgələrində fərqli mədəniyyətlərə sahib onlarla qəbilə, tayfalar yaşayır. Bu tayfaların hər birinin özünəməxsus maraqlı adətləri var. ən maraqlı adətlər isə heç şübhəsiz ki, Afrikadakı qəbilələrdədir.

Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, Namibiyadakı Himbalar da onlardan biridir. Onların ənənələri qonşu qəbilələrdən daha maraqlı və fərqlidir. Xüsusi ilə qadınların həyat tərzləri, bəzi ayinləri.

Belə ki, qəbilədə uşaqların yaşı onların doğulduğu tarixdən deyil, anası ilə telepatik münasibətə başladığı vaxtdan hesab edlir.

Qəbilənin bir qadını hamilə qalmağa qərar veribsə ağacın altında oturur və dünyaya gətirmək istədiyi uşağın onunla əlaqə qurmasını gözləyir.

Uşağın anası ilə ilk əlaqəsi onun oxuduğu hər hansı mahnı ilə başlayır. Uşağın mahnısını eşidən qadın bunu ərinə də öyrədir. Bu prosesdən sonra hamilə qalırlar.

Məhz bu mahnı uşağın doğum günü kimi qəbul edilir və onun yaşı bu tarixdən hesablanır.

Onlar düşünürlər ki, bu mahnı uşaqları doğumdan ölümə kimi müşayiət edir. Hamilə qadın öz mahnısını qəbilənin ağbirçəklərinə də öyrədir. Beləliklə mahnı ilə qarşılanan uşaq böyüdüyü illərdə yıxılıb bir yerini əzərsə yenidən bu ifanı eşidir.

Onunla ovudulur. Onlar uşaqları mükafatlandırmaq üçün yenidən ağac altında eşitdiklərini iddia etdikləri mahnını oxuyurlar.

Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən