Qədim Misir kahininin mumyası açıldı Maraqlı anlar

 22:51 09.04.2019     722

ABŞ-ın “Discovery Channel” kanalında canlı efirdə maraqlı reportaj yayımlanıb.

Redaktor.az “tribune.com”a istinadən xəbər verir ki, kanalda Qədim Misir imperiyasında baş kahin olan bir mumyanın müayinəsindən reportaj hazırlanıb.

Arxeoloqlar 40 yeni mumiyadan birini araşdırıblar. Araşdırma Nil çayının yaxınlığında və Qahirədəki Giza piramidalarının cənubunda olan Minyada baş tutub.

Tünellərdə mumyaların ətrafında heykəlciklər, zərgərlik əşyaları və orqanlar qoyulmuş kasalar yerləşdirilib.

Məzarı açarkən ağır qapağı qaldırmaq üçün bir neçə nəfər səy göstərib.

Açılmış məzarda qızıl və qiymətli əşyalar tapılıb. Canlı yayım Misir Tarixi və Əntiq Nazirliyi ilə birlikdə həyata keçirilib. Həmin reportajı təqdim edirik:

Redaktor.az