Bəyin keçmiş sevgilisi toya GƏLİNLİK paltarında gəldi və...

 11:18 10.04.2019     977

Çində toy mərasimi zamanı gərginlik baş verib.

Redaktor.az yerli mənbələrə istinadən xəbər verir ki, bəyin keçmiş sevgilisi gəlinlik paltarında toya hücum edib. Zala daxil olan keçmiş sevgili bəyin əlindən tutaraq, ona yalvarıb:

“Nə olar məni bağışla. Hamısı mənim günahımdır. Mənə ikinci dəfə şans ver”.

Bəy isə onun dediklərinə əhəmiyyət verməyib. İddialara görə, keçmiş sevgililərin xasiyyəti uyğun gəlmədiyi üçün onlar ayrılıblar. Oğlan yeni xanımla tanış olan kimi onunla evlənməyə qərar verib.

Anar Türkeş / Redaktor.az