Everestin hündürlüyü yenidən hesablanacaq - SƏBƏB...

 20:38 11.04.2019     431

Yer kürəsinin ən yüksək nöqtəsi olan Everestin hündürlüyü (8848 metr) yenidən hesablanacaq.

Redaktor.az xarici KİV-ə istinadla bildirir ki, bunu Cənubi Asiya dövləti olan Nepal həyata keçirəcək.

Hündürlüyün yenidən hesablanmasına səbəb ölkədə 2015-ci ildə 8.1 bal gücündə baş verən zəlzələ olub. Belə ki, təbii fəlakətdən sonra Everestin yüksəkliyinin dəyişdiyi iddia olunub. Bu səbəblə, hökumət zirvənin hündürlüyünü yenidən hesablamaq qərarı verib. Hesablamanı həyata keçirmək üçün ekspedisiya 2017-ci ildən hazırlıqlara başlayıb.

Ekspedisiya heyətinin rəhbəri Khim Lal Gautam açıqlamasında işlərinin asan olmayacağını bildirib. Lakin o, tapşırığın öhdəsindən uğurla gələcəklərini qeyd edib. 

Bildirək ki, zirvənin hündürlüyünün ilk dəfə ölçülməsi 1856-cı ildə həyata keçirilib. Bu zaman onun hündürlüyü 29 000 funta bərabər olub.

İlk dəfə 1953-cü ilin 19 may tarixində Edmund Hilary və Tenzing Norgay Everest zirvəsini fəth ediblər.

Rüfət Xəlil / REDAKTOR.AZ