Mamontla insan arasında oxşar gen tapıldı - Alimlərdən yeni ARAŞDIRMA

 00:59 12.04.2019     695

Alimlər mamont və onlarla həmin dövrdə yaşayan insanların oxşar gen daşıdıqlarını müəyyən edib.

Redaktor.az xarici KİV-ə istinadla bildirir ki, araşdırmanın nəticələrinə əsasən, 140 min il əvvəl yaşayan mamontlarla Neandertal insanlar arasında ortaq özəlliklər ortaya çıxıb. Onların hər ikisində bədən temperaturunun eyni olduğu, eyni genlər əsasında tüklərinin uzandığı aşkarlanıb.  

Araşdırmanı aparan professor Ran Barkai də eyni dövrdə yaşayan bu iki canlının ortaq xüsusiyyətinin olduğu barədə açıqlamaları təsdiqləyib.

Qeyd edək ki, mamontların boyu təxminən 3.5 metr olub. Onların ön dişləri hətta 16 metrə kimi uzana bilib. Mamontların iqlim dəyişməsi nəticəsində yox olduqları iddia edilir.

Rüfət Xəlil / REDAKTOR.AZ