Bank hesabında 10 MİLYON olduğunu görən şəxs GÖRÜN NƏ ETDİ - VİDEO

 10:28 13.04.2019     1995

Türkiyədə Mustafa Günəş adlı şəxs nümunəvi davranışı ilə diqqət mərkəzinə düşüb.

Redaktor.az xəbər verir ki, 55 yaşlı şəxs təsadüfən bank hesabını yoxlayarkən gözlərinə inamayıb. O, hesabında 10 milyon lirəyə yaxın pul olduğunu görüb. Əslində onun hesabında cuzi məbləğ olmalı idi.

Bunun texniki səhv olduğunu başa düşən türkiyəli, banka müraciət edib. Külli miqdarda pul Mustafanın hesabında 3 gün qalsa da, o əskinazlara müdaxilə etməyib. Bank rəhbərliyi hadisənin texniki səhv nəticəsində baş verdiyini bildirib.

Anar Türkeş / Redaktor.az