Mars planetində şərab istehsal ediləcək - İNANILMAZ LAYİHƏ

 19:45 12.04.2019     506

Gürcü alimlər NASA-dan olan həmkarlarının köməyi ilə bir ilkə imza atmaq iddiasındadırlar.

Redaktor.az xarici mediaya istinadən bildirir ki, qonşularımız Mars planetində Şərab istehsal etmək niyyətindədirlər.

Alimlər həyata keçirmək istədikləri kosmik layihəni "İX Millennium" adlandırıblar.

Gürcü elm adamları Tiflis yaxınlığında 8 min il yaşı olan Şərab qalıqları aşkarladıqdan sonra, Qırmızı planetdə də öz qədim ənənələrini həyata keçirməyə cəhd edəcəklər.

Qeyri-adi kosmik layihəni Tiflis Biznes və Texnologiya Universiteti, Space Farm şirkəti və NASA reallaşdıracaq.

Gürcü alim Nikoloz Dobrojqinidze NASA-dan olan həmkarlarının köməyi ilə şərabçılığı kosmik fəzaya daşımaq niyyətində olduğunu bildirib.

Artıq ekstremal şəraitdə şərab isehsal etmək üçün tədqiqatlara start verilib.

Rüfət Xəlil / REDAKTOR.AZ