Təyyarə şəhərləri səhv saldı - KURYOZ HADİSƏ
Skandinavian Airlines aviaşirkətinə məxsus təyyarə kuryoz hadisə ilə üzləşib.
Redaktor.az Britaniya mediasına istinadən bildirir ki, İtaliyanın Florensiya şəhərinə uçan təyyarə naviqasiya sistemindəki nasazlıq səbəbindən səhvən Boloniyada eniş edib.
Aviaşirkət rəsmiləri kuryoz hadisəyə səbəb kimi, Florensiyaya qədər olan marşrutun naviqasiya sisteminə gec yüklənməsini irəli sürüb.
Aviaşirkət səhvini aradan qaldırmaq üçün Bolonyada eniş etdikdən sonra sərnişinləri Florensiyaya avtobuslarda aparamağa məcbur olub.
Hadisədən sonra şirkətin sözçüsü baş vermiş anlaşılmazlığa görə müştərilərindən üzr istəyib.
Rüfət Xəlil / REDAKTOR.AZ












