Mixail Qorbaçov deputat olmağa hazırlaşır - İNDONEZİYADA
SSRİ-nin son prezidentinin adını və soyadını daşıyan 32 yaşlı Mixail Qorbaçov İndoneziyada deputat olmaq niyyətindədir.
Redaktor.az Rusiya mediasına istinadən bildirir ki,17 apreldə keçiriləcək ümümxalq səsverməsində ən diqqət çəkən namizədlərdən biri məhz 32 yaşlı indoneziyalı Mixail Qorbaçovdur.
Asiyalı Qorbaçov jurnalistlərə açıqlamasında valideynlərinin SSRİ-nin ilk və son prezidentinə olan heyranlığı səbəbindən ona bu adı verdiklərini bildirib.
Deputatlığa namizəd Mixail SSRİ prezidentinin adının siyasi karyera qurmaqda ona yardım edəcəyini düşünür.
Qeyd edək ki, 17 aprel tarixində keçirilən seçkilərdə 245 min namizəd iştirak edəcək.
Rüfət Xəlil / REDAKTOR.AZ












