Elan! - Ayda və Marsda TORPAQ SATILIR

 04:00 13.04.2019     1520

Ayda və Marsda torpaq alqı-satqısı genişlənir.

Redaktor.az Rusiya mediasına istinadən xəbər verir ki, Ayda torpaq almaq istəyənlər 40 sota görə çox cüzi məbləğ Azərbaycan manatı ilə  cəmi 2 qəpik ödəyəcəklər. Satışa çıxarılan ərazilər Ayın görünən hissəsindədir. Buna görə də alıcılar öz ərazilərinə teleskopların köməyi ilə rahatlıqla baxa biləcəklər.

Yer planeti istisan olmaqla Ayın və Günəş sistemindəki bütün planetlərin rəsmi olaraq sahibi ABŞ vətəndaşı Dennis Xoupdur. Bu şəxsin sahibliyi 1967 ci il SSRİ-ABŞ və digər dövlətlərarası müqavilələrə əsasən tam olaraq beynəlxalq qanunvericiliyə uyğundur. Xoup daha çox Mars və Ayda satdığı ərazilərdən gəlir əldə edir. Topraqları alan şəxslərə rəsmi qaydada sertifikat verilir. Lakin bu sertifikatlar simvolik xarakter daşıyır. Çünki bu aktivlər tam mülkiyyət sayılmadığından  heç bir halda girov müqabilində sahibinə pul qazandırmır.

Rüfət Xəlil / REDAKTOR.AZ

Vumart və Güvən reklamı Vumart Güvən