Böyrək daşı şikayəti ilə xəstəxanaya getdi, uşaq dünyaya gətirdi Şok hadisə - FOTO

 14:20 13.04.2019     622

ABŞ-ın Şrivport (Luiziana ştatı) şəhərində yaşayan 19 yaşlı Qreys Maun böyrək daşları şikayəti ilə xəstəxanaya gəlib, amma uşaq dünyaya gətirib.

Redaktor.az teleqraf.com-a istinadən xəbər verir ki, Qreys doğuşa qədər hamilə olduğunu bilməyən azsaylı qadınlardan biridir.
Qreys 20 yaşlı həyat yoldaşı Braysonla dostlarının evinə şam yeməyinə gedib. Yemək vaxtı kəskin Sancı ilə üzləşən qadını təcili yardım avtomobili ilə xəstəxanaya çatdırıblar.

Sancının böyrəyindəki daşlardan gəldiyini düşünən Qreys az sonra bir qız uşağı dünyaya gətirib.

19 yaşlı qadın bundan əvvəl doğuma qarşı dərman qəbul etdiyini və hamilə qalmağı planlaşdırmadığını bildirib. Doğuşa qədər də özündə hamiləliyin əlamətlərini - zəiflik, qeyri-adi yemək istəkləri, ürəkbulanma hiss etməyib. Yəni, bir hamiləlik əlaməti olmayıb. Üstəgəl, bu müddət ərzində menstruasiya da olub. Sadəcə olaraq, bir qədər kökəlsə də, buna o qədər də əhəmiyyət verməyib.

Gözlənilməz uşağın doğulması isə gənc validenylər üçün əsl sürpriz olub. İndi onlar öz övladlarına yaxşı gələcək qurmaq üçün pul toplayırlar.

Böyrək daşı şikayəti ilə xəstəxanaya getdi, uşaq dünyaya gətirdi - Şok hadisə - FOTO