Həkimdən DƏHŞƏTLİ ƏMƏL: Suni mayalanma üçün müraciət edən xanımlara...
Hollandiyada suni mayalanma üzrə həkim Jan Karbaatın 49 uşaq atası olduğu üzə çıxıb.
Redaktor.az xarici KİV-lərə istindən məlumat verir ki, iki il əvvəl Rotterdam şəhərindəki xəstəxanada işləyən həkimin mayalanma üçün müraciət edən xanımları öz sperması ilə mayalandırdığı məlum olub. Məsələnin üstü o, dünyasını dəyişəndən sonra açılıb.
89 yaşlı həkimin evindən götürülən dəlillər nəticəsində onun azı 49 xanıma öz nümunələrini tətbiq etdiyi sübuta yetirilib.












