Yol təmiri zamanı bir anda qarşılarına çıxdı - Nə olduğunu öyrəndiklərində isə.../ FOTOLAR

 16:27 16.04.2019     1750

Çində yol təmiri zamanı fəhlələr inanılmaz tapıntı ilə üzləşib.

Redaktor.az yerli mənbələrə istinadən xəbər verir ki, qazıntı işləri zamanı dinozavr yumurtalarının qalıqları aşkar edilib. Ərazidə azı 43 yumurta qalığı tapılıb. Dərhal əraziyə həmin sahə üzrə xüsusi nümayəndələr cəlb edilib. Onlar nümunələri araşdırmaq üçün laboratoriyaya aparılıb.

Yaxın günlərdə yumurtaların hansı dövrə aid olduğu açıqlanacaq. Qeyd edək ki, tapılan dinozavr yumurtalarının sayına Çin “Ginnesin rekordlar kitabı”na düşüb.

Anar Türkeş / Redaktor.az

 

2222