Hindistanda "TikTok" QADAĞASI - Rəsmi qurumlar məsələyə qarışdı

 21:00 16.04.2019     1199

Hindistan Ali Məhkəməsi “TikTok” proqramının ölkədə qadağan olunmasını istəyir.

Redaktor.az xarici KİV-ə istinadən bildirir ki, məhkəmə ötən həftə bununla bağlı hökumətə müraciət edib.

Hindistanın səlahiyyətli şəxsləri daha sonra proqramın “Google” və “Apple” üzərindən silinməsini istəyiblər. Onlar proqramın pornoqrafiyanı təbliğ etdiyini, bu səbəblə ölkədə qadağan edilməsini təklif ediblər.

Proqramla bağlı məhkəmə prosesi hazırda davam edir.

Qeyd edək ki, "TikTok" adlanan proqramda istifadəçilər 15 saniyəlik qısa videolar çəkərək paylaşırlar.

Rüfət Xəlil / REDAKTOR.AZ