Notr-Dam kilsəsindəki yanğında MASON İZİ... - Hadisəni 7 il əvvəl səhnələşdiriblər / VİDEO

 14:53 17.04.2019     3295

İki gün əvvəl Paris Notr-Dam kilsəsində baş vermiş yanğın, 2012-ci ildə yayımlanan “I pet goat 2” adlı cizgi filmini gündəmə gətirib.

Məsələ burasındadır ki, cizgi filmindəki personajın gözündə alov əks olunur və arxa fonda buzdan olan Notr-Dam kilsəsi əriməyə başlayır. Ardınca isə xaçın əks olunduğu tarixi tikilinin qüllə hissəsi dağılır. Maraqlıdır ki, iki gün əvvəl baş verən yanğın zamanı da oxşar mənzərə yaranıb. Bundan əlavə, filmdəki personajın alnında olan mason elementi diqqət çəkib.

Qeyd edək ki, hadisələr “I pet goat 2” cizgi filminin sonuncu seriyasında baş verir. Müəllif bununla dinlərin çöküşünü göstərməyə çalışıb.

Ya kimsə zaman səyahəti edərək hadisədən xəbərdar olub, ya kilsədəki yanğın hansısa planın tərkib hissəsi olub, ya da ki, həqiqətən təsadüfən baş verib.

Anar Türkeş / Redaktor.az