Adolf Hitlerin 1270 ədəd fotosu aşkarlandı

 00:45 18.04.2019     3761

Amerika Birləşmiş Ştatlarının Milli Arxiv Sənədləri İdarəsinin əməkdaşı Riçard Şnayder Faşist Almaniyasının lideri Adolf Hitlerin 1270 ədəd heç yerdə yayımlanmayan fotosunu aşkar edib.

Redaktor.az “The Washinhton Post” nəşrinə istinadən bildirir ki, aşkarlanan şəkilləri Adolf Hitlerin şəxsi fotoqrafı Henrix Hofman lentə alıb.

Araşdırma nəticəsində tapılan şəkillərin içərisində xüsusilə 1923-cü ildə fürerin iti ilə çəkilən fotosu diqqət çəkir. Bu foto Hitlerin çəkdirdiyi ilk rəsmi fotolardan biri sayılır.

Bu fotolardan başqa kolleksiyada Hitlerin tərəfdaşları olan Henrix Himmler, Rudolf Hess və Yozef Qebbelslə də olan fotoşəkilləri nəzərə çarpır.

Qeyd edək ki, yaxın günlərdə bu foto kolleksiyanın açıq şəkildə dərc olunacağı gözlənilir.

Rüfət Xəlil / REDAKTOR.AZ