İNANILMAZ: Sərxoş sürücü polisi DİŞLƏDİ - ANBAAN VİDEO

 16:25 19.04.2019     903

Moldovada polislə sərxoş sürücü arasında baş verən qarşıdurma ölkə gündəmini zəbt edib.

Redaktor.az xarici KİV-lərə istinadən xəbər verir ki, polis sərxoş vəziyyətdə avtomobil idarə edən sürücünü saxlayıb. Avtomobilini tərk edən sürücü polisə qarşı güc tətbiq edib.

Asayiş keşikçiləri moldovalını nəzarətə götürmək istəyərkən, müqavimətlə üzləşib. Sürücü polisin əlini dişləyib. O, bir neçə dəqiqə polisin əlini dişləriylə sıxaraq, saxlayıb.

Uzun müddət davam edən qarşıdurmadan sonra sürücü nəzarətə götürülüb. Ona qarşı cinayət işi açılıb.

Anar Türkeş / Redaktor.az