Çobanın bağda lentə aldığı görüntülər İZLƏNMƏ REKORDU QIRDI

 18:11 22.04.2019     1364

Türkiyənin Trabzon şəhərində çoban maraqlı görüntülər lentə alıb. Video sosial media istifadəçilərinin marağına səbəb olub, izlənmə rekordu qırıb.

Redaktor.az yerli mənbələrə istinadən xəbər verir ki, fındıq bağında qoçlar arasında şiddətli mübarizə baş verib. 

Çoban çox çalışsa da, onlara mane ola bilməyib. 6 qoç uzun müddət bir-birləriylə mübarizə aparıb. Onlardan birinin digərləri üzərindəki üstünlüyü diqqətdən yayınmayıb.

Redaktor.az