Açıq-saçıq görüntülər izləmək qızlara NECƏ TƏSİR EDİR?

 17:13 22.04.2019     2051

Yeniyetmə qızların əksəriyyəti 14 yaşından başlayaraq açıq-saçıq videolar izləməyə başlayır.

Redaktor.az xarici KİV-lərə istinadən xəbər verir ki, britaniyalı elm adamları apardıqları araşdırmanın nəticəsinə əsasən bu qənaətə gəliblər. Sorğuya qatılan xanımların əksəriyyəti 14 yaşından başlayaraq erotik videolar izlədiklərini bildiriblər. Bu göstərici 11 yaşa qədər gedib çıxır.

Məlum olub ki, açıq görüntüləri izləyən xanımların əskəriyyəti ilk illərdə psixoloji çətinliklər yaşayır. Bu vəziyyət bəzilərində aqressivlik yaradır.

Elm adamları hesab edir ki, qızların ilk izlədikləri açıq-saçıq görüntülər onların bu mövzu üzrə düşüncələrinin formalaşmasında rol oynayır.

Redaktor.az