Kirayə götürdükləri evi qazmağa başladılar - İNANILMAZ hadisə baş verdi - FOTOLAR

 15:17 23.04.2019     5715

Türkiyənin Kayseri şəhərindəki mənzildə axtarışlar aparan polis qəribə mənzərə ilə üzləşib.

Redaktor.az xəbər verir ki, 2 nəfər kirayə götürdükləri evin içində tunel qazıblar. Onlar tunel vasitəsiylə tarixi abidəyə çataraq, Ərətna bəyliyi sultanlarına aid məzarları üzə çıxarmaq niyyətində olublar. Şübhəlilər bu qazıntını qızıl-zinət əşyaları əldə etmək üçün həyata keçirdiklərini bildiriblər.

Ərazidə qızıl-zinət əşyalarının olduğu barədə iddiaları əsassız adlandıran polislər, 2 aydır şübhəliləri izlədiklərini bildiriblər.

Qeyd edək ki,1 il əvvəl həmin məhəllədə 3 nəfər oxşar qazıntı işləri həyata keçirdikləri üçün həbs olunublar.

Anar Türkeş / Redaktor.az

2222