Adolf Hitlerin sonuncu məktubu satışa çıxarıldı

 21:46 24.04.2019     572

Amerika Birləşmiş Ştatlarının Merilend ştatında Nasist Almaniyasının lideri Adolf Hitlerin sonuncu teleqramı hərraca çıxarılacaq.

Redaktor.az Rusiya mediasına istinadən xəbər verir ki, intihar etməzdən əvvəl general-feldmarşal Ferdinand Şernerə göndərilən teleqram rəsmi olaraq fürerin sonuncu məktubu sayılır.

Tarixi sənədin 60-80 min dollar arasında satılacağı gözlənilir.

Qeyd edək ki, hərrac 30 aprel 1 may tarixlərində keçiriləcək.

Rüfət Xəlil / REDAKTOR.AZ