Antarktikada DƏHŞƏT - Minlərlə pinqvin...

 19:01 25.04.2019     5102

Antarktikada buz kütləsinin parçalanması dəhşətli hadisəyə yol açıb.

Redaktor.az BBC-yə istinadən xəbər verir ki, minlərlə pinqvin balası boğularaq tələf olub. Hadisə 3 il əvvəl baş versə də, yalnız indi müəyyən edilib. Məlumata görə, buz kütləsi parçalanandan sonra bala pinqvinlər suya düşüblər.

Onlar hələ üzə bilmədiyinə görə suda boğulublar. Maraqlıdır ki, həmin hadisədən sonra artım vaxtı ana pinqvinlər bir daha əraziyə gəlməyiblər. Alimlər peyk görüntüləri vasitəsiylə araşdırmaları davam etdirir. Buz kütləsinin qlobal istiləşmə nəticəsində parçalandığı güman edilir.

Anar Türkeş / Redaktor.az