Gələcəkdən gəldiyini deyən adamı yalan detektoruna qoşdular - Alimləri heyrətləndirdi

 21:38 28.04.2019     2327

Barmağına bir sxem yerləşdirildiyini iddia edən şəxsin dediklərini test aparatı da təsdiq edib.

2045-ci ildən gəldiyini iddia edən Adam Archon adlı şəxs maraqlı iddiaları hər kəsi təəccübləndirib. Redaktor.az Musavat.com-a istinadən xəbər verir ki, gələcəkdən gəldiyini deyən adamın dediklərinin doğru olub-olmadığını yoxlamaq üçün onu test aparatına  bağlayıblar.

ABŞ-da baş tutan bu testdə də söylədiklərinin eynisini təkrarlayan şəxs, elm adamlarını heyrət içərisində qoyub.

Yalan aparatına bağlanan şəxs 2028-ci ildə yer üzünə yadplanetlilərin enəcəyini də deyib: “Sizə bunun doğru olduğunu isbat etməm lazımdır. Beləcə siz bu məlumatlar sayəsində dünyanın daha yaxşı bir yer ola bilməsi üçün bir çox işlər görə bilərsiniz. ”

Barmağına bir sxem yerləşdirildiyini iddia edən şəxsin dediklərini test aparatı da təsdiq edib.

Zaman yolçusu 2045-ci ildə 10 nəfər tərəfindən idarə ediləcək bir süni intellekt texnologiyası barədə də danışıb. O “The light” adı verilən süni intellekt texnologiyasının bütün dünyada geniş şəkildə istifadə ediləcəyini də bildirib. Onun sözlərinə görə, “The Light” texnologiyası hər cür suala cavab verə bilən bir mexanizim olacaq.

Marqlı açıqlamalar verən Adam Archon 2030-cu ildə dünyanın bütün ölkələrinin bir dövlət adı altında birləşəcəyini də deyib. O daha sonra 2028-ci ildə Martin Lüter Kinqin nəvəsi Yolanda Renee Kinqin 20 yaşında ABŞ prezidenti seçiləcəyini deyib.

2019-cu ildə 2045-ci ilə səyahət edə bildiyini deyən Adam Archon bir neçə ay öncə isə bunları demişdi: 2019-cu ilin sonlarında yadplanetlilər ilə təmas qurmaq üçün böyük şans yaranacaq. 2029-cu ildə insanların beyninə sxem yerləşdirmək mümkün olacaq. Bu sayədə sağlam şəkildə yaşamağın yeni üsulları əldə ediləcək.