Tramp gündə 23 dəfə YALAN DANIŞIR

 12:19 30.04.2019     655

ABŞ prezidenti Donald Tramp gün ərzində orta hesabla 23 dəfə yalan danışır.

Redaktor.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti araşdırma aparıb. Məlumata görə, yalanların əksəriyyəti miqrasiya məsələləri ilə bağlıdır. “Ağ ev” rəhbəri ictimaiyyətdə yalnış fikir formalaşdırmaq üçün bəzi iddialar ortaya atır.

Dövlət başçısı yalan məlumatları, əsasən sosial media vasitəsiylə yayır. İddialara görə, Trampın 2020-ci ildəki seçki kampaniyası zamanı səsləndirəcəyi bəyanatların 22 faizi yalandan ibarət olacaq.

Anar Türkeş / Redaktor.az