Dövlət başçısı öz mühafizə generalı ilə evləndi

 02:21 02.05.2019     804
Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, Tailand Kralı Maha Vaçiralonqkorn (Rama X), öz mühafizə rəisi, general xanım Suthida Ticai ilə evləndiyini  elan edib.
 
Onlar qanuna və kral ənənələrinə uyğun olaraq evləndikləri üçün, kraliça Suthida ailənin statusu və tituluna müvafiq olaraq,  bütün imtiyazlara malikdir.
 
Qeyd edilir ki,  4-6 mayda keçirilməsi  nəzərdə tutulan 66 yaşlı kralın tacqoyma mərasimi ərəfəsində nikah haqqında  xəbərlər “Kral qəzeti”ndə çap olunub. 
 
Rüfət Xəlil / Redaktor.az
 
 

 

Vumart və Güvən reklamı Vumart Güvən